Məqalələr

 

Xalq yaradıcılığımız.

Azərbaycan xalqının dekorativ sənət nümünələri dünya əhəmiyyəti kəsb edərək, müxtəliv ölkələrin muzeylərində özünəlayiq yerlər tutub. Xalçalar, müxtəlif texnikada tikmələr, basma parçalar, zərgərlik şeyləri, metaldan, ağacdan və çinidən hazırlanan müxtəlif məmulat geniş xalq kütlələrinin həyatını nüfuz etmiş, insanların məişətini daim zənginləşdirmiş və gözəlləşdirmişdir. Dekorativ sənət xalqın estetik zövqünü inkişaf  etdirmək və məişətini bəzəmək kimi ictimai əhəmiyyətə malikdir.

Qədim mədəniyyətə malik olan Azərbaycan xalqı və onun ustaları öz milli sənət  ənənələrini yorulmadan öyrənir, bu ənənələri müasirləşdirir və xalqımızın tələblərinə uyğun bədii əsərlər yaradırlar.

Arifə Məmmədova

-----------------------------------------------

Azərbaycanın zəngin irsinin ən zərif sahələrindən biri olan zinət istehsalı, başqa sözlə, zərgərlik sənəti çox qədim tarixə malik olmaqla yerli xammal bazası və sənət ən ənələri əsasında inkişaf  etmişdir.Zərgərlik sənəti metalişləmənin bir qolu kimi təşəkkül tapmış və uzun müddət onun tərkib hissəsi olaraq inkişaf  etmişdir.

Zərgərlik sənətinin geniş yayılması cəmiyyətin sosial-iqtisadi inkişafı ilə bərabər, Azərbaycan şəhərlərinin beynəlġalq ticarət yolları üzərində yerləşməsi və Yaxın Şərqdə iqtisadi-mədəni əlaqələrin sıx olması ilə də bağlı olmuşdur.

Azərbaycan zərgərlik mərkəzlərinin məhsulları şərq motivli milli koloritinə, forma kamilliyinə və naxış səlisliyinə görə, nəinki Avropa və Rusiyanın, habelə Qafqazın digər məhəlli zərgərlik mərkəzlərinin hazırladığı zinətlərdən yüksəkdə dururdu.

Hal-hazırda Azərbaycan zərgərlik sənətində bir çox bəzək nümunələrinin hazırlanması elektrik cihazların köməyi ilə aparılsa da, əl iş üslubu ilə düzəldilən zinət əşyalarında zərif naxışları əvəz edə bilmir. 

Arzu Shiriyeva

-----------------------------------------------