Giriş
Dekorativ-tətbiqi sənət xalqın ümumi
mədəniyyətinin tərkib hissəsidir. Dekorativ
sənət əşyaları əsrlər boyu insanların
estetik nəzərini, daxili aləmini və məişət
ənənəsini göstərən bir pəncərə
olmuşdur. Bu sənətin incəlikləri və əşyaların
gözəllikləri nəsildən nəsilə keçərək,
xalqın qenetik yaddaşına çevrilmişdir.
Azərbaycan rəssamları
və tətbiqi sənət ustaları öz fitri istedadları
ilə bu ümumbəşər prosesdə xüsusi
yer tuturlar.
Müasir sənətkarlarımız
mövcüd çətinliklərə qatlaşaraq
yeni imkan və materiallardan istifadə etməklə, müasir
məişət və ictimai həyatın xüsusiyyətlərini, o cümlədən müasir aləmdə
qedən mədəniyyətlər və məfkurələr
konverqensiyasını nəzərə almaqla bu sənəti
yaşatmaqa və hətta inkişaf etdirməyə çalışırlar.
Onların rastlaşdıqı
ən böyük maniə bu sənət əşyalarına
olan tələbin və istəyin azalmasıdır ki,
bununda başlıca səbəbi bu sənətə
aid olan əşyaların müasir maşınlarda az
məzrəflərlə kutləvi sürətdə
hazırlanıb bazara çıxarılmasıdır.
Söylənənlər xalqımızın
dekorativ-tətbiqi sənətinin taleyinin real təhlükələrə
məruz qaldıqını göstərir. Lakin buna biqanə
qalmağ olmaz. Hər bir yolla bu sənətə və
onun sənətkarlarına yardım və dəstək
edilməlidir. Bu proektın məqsədi xalq-tətbiqi
sənətin muasir incilərini toplamaq və geniş
auditoriya çatdırmaqdır.